"Baku Fintech Forum 2025" keçirilir
"Baku Fintech Forumu 2025" tədbiri start götürüb.
Day.Az Trend-a istinadən xəbər verir ki, tədbir "Azərbaycan Fintex Assosiasiyası" İctimai Birliyinin (AzFina) təşkilatçılığı, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyasının tərəfdaşlığı ilə keçirilir.
Foruma dünyanın bir çox ölkəsindən qonaqlar dəvət olunub.
Tədbirdə beynəlxalq maliyyə institutlarının, fintexlərin, bankların və digər maliyyə təşkilatlarının nümayəndələri iştirak edir.
Tədbirdə yerli və beynəlxalq ekspertlər tərəfindən fintex sektorunda son illər həyata keçirilən yeniliklər ətrafında müzakirələr aparılacaq.
Tədbir iştirakçıları fintex sektoru üzrə öz proqnozlarını bölüşəcək və onun maliyyə sektorundakı təsirləri haqqında fikir mübadiləsi aparacaqlar.
Tədbir çərçivəsində açıq bankçılıq, rəqəmsal ödənişlər, süni intellekt, fırıldaqçılıqla mübarizə, kibertəhlükəsizlik kimi müxtəlif mövzular ətrafında panel müzakirələri aparılacaq, həmçinin tərəfdaşlıq imzalanmaları baş tutacaq.
Xəbər yenilənəcək
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре