Ramil Həsən TÜRKPA-nın Baş katibi kimi səlahiyyətlərinin icrasına başlayıb
Sabiq Baş katib Mehmet Süreyya Er TÜRKPA-nın bayrağını yeni seçilən Baş katib Ramil Həsənə təhvil verib.
Day.Az Trend-ə istinadən xəbər verir ki, bununla da Ramil Həsən TÜRKPA-nın Baş katibi kimi səlahiyyətlərinin icrasına başlayıb.
xxx
10:28
Daha əvvəl xəbər verdiyimiz kimi, Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) 14-cü Plenar iclasında qəbul edilən Assambleyanın 12 iyun 2025-ci il tarixli Qərarına əsasən, Ramil Həsən TÜRKPA-nın Baş katibi seçilib.
Day.Az Trend-ə istinadən xəbər verir ki, müvafiq qaydaya uyğun olaraq Baş katib səlahiyyətləri rəsmi mərasimlə keçmiş Baş katib Mehmet Süreyya Erdən yeni seçilən Baş katib Ramil Həsənə təhvil verilir.
Rəsmi mərasimdə TÜRKPA-nın bayrağının təhvil verilməsi prosesi həyata keçiriləcək.
Tədbirdə həmçinin təşkilatın gələcək fəaliyyəti ilə bağlı qısa fikir mübadiləsi aparılacaq.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре