DB və BVF-də üzv ölkələr tərəfdaşlıq imkanlarının genişləndirilməsini müzakirə ediblər - FOTO
Dünya Bankı (DB) və Beynəlxalq Valyuta Fondunda Seçki Qrupuna üzv ölkələr arasında tərəfdaşlığın genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Bu barədə Day.Az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Belə ki, Mərkəzi Bankın sədri Taleh Kazimovun rəhbərlik etdiyi nümayəndə heyəti Dünya Bankı (DB) və Beynəlxalq Valyuta Fondunda (BVF) Azərbaycanın da daxil olduğu Seçki Qrupunun növbəti İllik Toplantısında iştirak edib.
Toplantıda Seçki Qrupunda təmsil olunan ölkələrdə inkişaf dinamikası, makroiqtisadi sabitliyin təmin olunması və maliyyə inklüzivliyinin genişləndirilməsi kimi mühüm əhəmiyyət kəsb edən məsələlər müzakirə olunub.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре