Şəkidə 300 illik qəbirlər qazılıb?

Şəkidə qədim Sona qəbiristanlığında qəbirlər qazılıb. Rayon sakini Mehdi Əsgərov bildirib ki, 300 ildən çox yaşı olan qəbiristanlığın qədim hissəsində qəbirləri dağıdaraq zinət əşyaları axtarıblar. Ərazidə sümüklər üzə çıxıb.

Day.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazisi məsələ ilə bağlı qeyd edib ki, qəbirlərin açılması şəriətə uyğun deyil və ərazi xüsusi qorunur.

Dövlət Turizm Agentliyindən verilən məlumata görə, Yuxarıbaş Tarix-Memarlıq qoruğu ərazisində yerləşən Sona qəbristanlığındakı qəbirlərin tamlığının pozulması hüquqi məsuliyyət yaradır. Bu səbəbdən, hüquq-mühafizə orqanlarına müraciət olunub və araşdırmalar aparılır.