ABŞ-nin Avropa İttifaqının genişlənməsi ilə bağlı konkret mövqeyi yoxdur

ABŞ Avropa İttifaqının (Aİ) mümkün genişlənməsi ilə bağlı konkret mövqeyə malik deyil və bunu birliyin daxili işi hesab edir.

Day.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti açıqlama verib.

 

"Dövlət Departamenti hesab edir ki, üçüncü ölkələrin Aİ-yə üzvlüyünə - namizəd ölkələrin və mövcud üzv dövlətlərin özləri qərar verir",- deyə departamentdən "Euronews" telekanalına bildirilib.

Bundan əlavə, bir neçə ekspert qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp, öz sələflərindən fərqli olaraq, Aİ-nin genişlənməsində maraqlı deyil.