https://news.day.az/azerinews/1793189.html PSJ-nin gənc futbolçusu Avropada ilin ən yaxşısı seçildi Avropada ilin ən yaxşı gənc oyunçusuna verilən "Golden Boy" mükafatının qalibi müəyyənləşib. Day.Az xəbər verir ki, PSJ-də çıxış edən Dezire Due mükafatın qalibi olub. Bu barədə mükafatın təsisçisi olan "Tuttosport" nəşri məlumat yayıb.

PSJ-nin gənc futbolçusu Avropada ilin ən yaxşısı seçildi

Azərbaycanca, 4 ноября 2025 23:55 (UTC +04:00) 487
PSJ-nin gənc futbolçusu Avropada ilin ən yaxşısı seçildi

Avropada ilin ən yaxşı gənc oyunçusuna verilən "Golden Boy" mükafatının qalibi müəyyənləşib.

Day.Az xəbər verir ki, PSJ-də çıxış edən Dezire Due mükafatın qalibi olub. Bu barədə mükafatın təsisçisi olan "Tuttosport" nəşri məlumat yayıb.

Fransa millisinin üzvü olan 20 yaşlı vinger ötən mövsüm PSJ-nin heyətində bütünn turnirlərdə meydana çıxdığı 61 rəsmi matçda 16 qol və 16 məhsuldar ötürmə ilə yadda qalıb. Due Paris təmsilçisi ilə Liqa 1 və Çempionlar Liqasının qalibi olub.

Qeyd edək ki, "Golden Boy" mükafatını ötən il "Barselona" və İspaniya millisinin üzvü Lamin Yamal qazanıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости