https://news.day.az/azerinews/1793280.html Yunus Oğuza TÜRKSOY tərəfindən "Onur nişanı" təqdim edilib - FOTO Yazıçı-publisist, tarixi romanlar və elmi kitablar müəllifi Yunus Oğuza TÜRKSOY tərəfindən "Onur nişanı" təqdim edilib. Day.Az xəbər verir ki, təqdimat mərasimi Atatürk Mərkəzində baş tutub.

Yunus Oğuza TÜRKSOY tərəfindən "Onur nişanı" təqdim edilib - FOTO

Azərbaycanca, 5 ноября 2025 12:42 (UTC +04:00) 425
Yunus Oğuza TÜRKSOY tərəfindən "Onur nişanı" təqdim edilib

Yazıçı-publisist, tarixi romanlar və elmi kitablar müəllifi Yunus Oğuza TÜRKSOY tərəfindən "Onur nişanı" təqdim edilib.

Day.Az xəbər verir ki, təqdimat mərasimi Atatürk Mərkəzində baş tutub.

Tədbirdə TÜRKSOY-un baş katibi Sultan Raev, akademik Nizami Cəfərov, AYB-nin sədr müavini Elçin Hüseynbəyli, yazıçılar və media nümayəndələri iştirak ediblər.

Tədbiri giriş gözü ilə açan akademik Nizami Cəfərov bildirib ki, Yunus Oğuz ümumtürk təfəkkürü olan adamdır:

"Yunus Oğuzu əslində hər gün təbrik etmək lazımdır. Çünki onun hər gün nəsə bir əsəri, yazısı çıxır. O hər cür təltifə layiqdi. O türk dünyasında Çingiz Aytimatov ənənəsini davam etdirən bir yazıçıdır. Onun əsərləri dünyanın bir çox ölkələrində çap olunur".

Daha sonra TÜRKSOY-un baş katibi Sultan Raev çıxış edərək qeyd edib ki, Yunus Oğuz türk dünyasında əsərləri ilə tanınan yazıçılardandır.

"O, əsərlərində tarixi şəxsiyyətlərimizdən bəhs edib. Bizim köklərimizə, tariximizə dayanan tarixi romanlar yazıb. Onun Özbəkistanda da kitablarının təqdimatı olub",- deyə Sultan Raev əlavə edib.

Sonra isə TÜRKSOY-un baş katibi Sultan Raev Yunus Oğuza "Onur nişanı"nı təqdim edib.

Təqdimat mərasimi tədbir iştirakçılarının, qələm dostlarının Yunus Oğuz haqqında, yaradıcılığı barəsində çıxışları ilə yekunlaşıb.

  • Yunus Oğuza TÜRKSOY tərəfindən "Onur nişanı" təqdim edilib

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости