Bu məktəblərdə neqativ hallara az rast gəlinir - RƏSMİ
Sinifdə hər hansı bulinq varsa, şöbhələndiyimiz erkən nikah halı varsa, aid olan bütün mənfi halları biz qruplaşdırıb hansı tədbirləri görəcəyimizə qərar veririk.
Day.Az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Günel Səfərovadır Təhsil TV-nin "Təhsil saatı" proqramında deyib.
O bildirib ki, daha çox iş valideyinlərlə aparılır.
"Biz valideyinlərlə daha çox iş aparırıq. Elə şagirdlər var ki, biz qərar veririk ki, bu uşağın həmin ailədə qalması təhlükəlidir. Bu zaman biz Sosial Xidmətlər Agentliyinə, Daxili İşlər Nazirliyinə müraciət edirik.
Daimi icması olan məktəblərdə neqativ hallar az olur. Dəyişkən icmalı məktəblərdə isə bizim müdaxiləmizə daha çox ehtiyac olur", - deyə o əlavə edib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре