https://news.day.az/azerinews/1793747.html
"Neft Daşları"nda indiyədək hasil olunan neft və qazın həcmi açıqlanıb
"Neft Daşları" yatağından işlənilməsinə başlanılandan bu ilin noyabrın 1-dək 181,8 milyon ton neft hasil edilib. Bu barədə Day.Az SOCAR-a istinadən xəbər verir. Məlumata görə, hesabat dövründə yataqdan 14,2 milyard kubmetr qaz hasil edilib.
"Neft Daşları"nda indiyədək hasil olunan neft və qazın həcmi açıqlanıb
"Neft Daşları" yatağından işlənilməsinə başlanılandan bu ilin noyabrın 1-dək 181,8 milyon ton neft hasil edilib.
Bu barədə Day.Az SOCAR-a istinadən xəbər verir.
Məlumata görə, hesabat dövründə yataqdan 14,2 milyard kubmetr qaz hasil edilib.
Qeyd edək ki, "Neft Daşları" - dənizdə salınan ilk neft şəhəri və açıq dənizdə sənaye üsulu ilə neftçıxarmanın başlandığı məkandır. 7 noyabr 1949-cu ildə burada hasil olunan ilk neft Azərbaycan və dünya enerji tarixində yeni bir mərhələnin əsasını qoydu. Həmin gündən etibarən "Neft Daşları" ölkəmizin neft-qaz sənayesinin inkişafında mühüm rol oynayır.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре