Sarkozi həbsdən azad edilib - YENİLƏNİB
Paris Apellyasiya Məhkəməsi Fransanın sabiq prezidenti Nikola Sarkozinin məhkəmə nəzarəti altında həbsdən azad edilməsi haqqında qərar qəbul edib.
Day.Az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, sabiq prezident bu gün azadlığa çıxacaq.
Qeyd edək ki, Sarkozi 2007-ci il seçki kampaniyasının Liviya hakimiyyəti tərəfindən qanunsuz maliyyələşdirilməsində ittiham olunur.
---------
14:32
Paris Apellyasiya Məhkəməsində dinləmə zamanı prokurorluğun nümayəndəsi sabiq Fransa prezidenti Nikola Sarkozini məhkəmə nəzarəti altında azad etmək təklifi ilə çıxış edib.
Day.Az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Qeyd edək ki, sentyabr ayında məhkəmə Sarkozini 2007-ci il seçki kampaniyasının Liviya hakimiyyəti tərəfindən qanunsuz maliyyələşdirilməsində günahkar bilib və ona 5 il azadlıqdan məhrumetmə cəzası verib.
Bundan əlavə, məhkəmə sabiq prezidentə 100 min avro cərimə kəsib və beş il müddətinə dövlət vəzifələrində işləməsini qadağan edib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре