https://news.day.az/azerinews/1795292.html Zəngilan rayonunun Ağalı kəndinə növbəti köç karvanı yola salınıb Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə "Böyük Qayıdış" davam etdirilir. Day.Az-ın məlumatına görə, Zəngilan rayonunun Ağalı kəndinə 41 ailə - 110 nəfər köçürülüb.

Zəngilan rayonunun Ağalı kəndinə növbəti köç karvanı yola salınıb

Azərbaycanca, 14 ноября 2025 07:46 (UTC +04:00) 341
Zəngilan rayonunun Ağalı kəndinə növbəti köç karvanı yola salınıb

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə "Böyük Qayıdış" davam etdirilir.

Day.Az-ın məlumatına görə, Zəngilan rayonunun Ağalı kəndinə 41 ailə - 110 nəfər köçürülüb.

Ağalı kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости