ABŞ bu turistlərə viza verilməsini məhdudlaşdıracaq
ABŞ administrasiyası piylənmə, diabet və digər xroniki xəstəlikləri olan turistlər üçün viza məhdudiyyətlərinə dair informasiyanı təsdiqləyib.
Day.Az ölkənin yerli KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibinin müavini Anna Kelli bildirib.
Onun sözlərinə görə, yüz ildir ki Dövlət Departamentinin siyasətinə vergi ödəyiciləri üçün maliyyə yükü ola biləcək turistlərin ölkəyə girişini məhdudlaşdırmaq, eləcə də hökumət tərəfindən maliyyələşdirilən səhiyyə xidmətinə müraciət edənlərə rədd cavabı vermək səlahiyyəti daxildir.
Yeni təlimatlar ABŞ hökumətinə ictimai ittihamlar fonunda mövcud qaydaların nisbətən sərt təfsiridir və sonradan dövlət yardımına ehtiyac duya biləcək şəxslərin ölkəyə girişini qadağan edir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре