İki nəfərin öldüyü qəzanın baş verdiyi yer

Gəncə-Şəmkir yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Day.Az Gəncəxəbər-ə istinadən xəbər verir ki,  "Mercedes" markalı avtomobilinin sürücüsünün idarəetməni itirməsi nəticəsində maşın yolun kənarındakı divara çırpılıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin əməkdaşları cəlb edilib. Xilasedicilər avtomobildə sıxılmış vəziyyətdə qalan iki nəfərin nəşini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Qəzanın səbəbləri araşdırılır.