Faciəli şəkildə ölən ofisiantın cənazəsini "bəy maşını"nda daşıdılar

Xəbər verdiyimiz kimi, Bakıda Emil Cəmil oğlu Quliyev (2005), Əkbər Zeynalov (2007), Cavidan Muradov (1998) və Eltac Əliyev elektrik cərəyanı vurması nəticəsində ölüblər.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, Binəqədi rayon ərazisində elektrik cərəyanı vurması nəticəsində  həyatını itirən 4 gəncdən biri olan Tərtər şəhər sakini Muradov Cavidan Tofiq oğlu doğulduğu şəhər məzarlığında dəfn edilib.

Ailəsi C.Muradlınin cənazəsini daşıyan avtomobili "bəy maşını"na bənzər qırmızı lentlə bəzəyib.