https://news.day.az/azerinews/1797415.html Ləmanın vəziyyəti ağırdır - “Yeni Klinika”ya köçürüldü Yasamalda baş verən yanğın zamanı həlak olan Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylinin qızı Ləman Qulamovanın müalicəsi "Yeni Klinika"da davam edəcək. Day.Az xəbər verir ki, bu barədə jurnalist Fuad Cəfərov feysbuk hesabında paylaşım edib. "Ləmanın müalicəsi artıq "Yeni Klinika"da davam etdirilir.

Ləmanın vəziyyəti ağırdır - “Yeni Klinika”ya köçürüldü

Azərbaycanca, 24 ноября 2025 09:13 (UTC +04:00) 342
Ləmanın vəziyyəti ağırdır

Yasamalda baş verən yanğın zamanı həlak olan Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylinin qızı Ləman Qulamovanın müalicəsi "Yeni Klinika"da davam edəcək.

Day.Az xəbər verir ki, bu barədə jurnalist Fuad Cəfərov feysbuk hesabında paylaşım edib.

"Ləmanın müalicəsi artıq "Yeni Klinika"da davam etdirilir. Gecə müalicə üçün bu xəstəxanaya köçürdük. Dualarınızı əsirgəməyin", - paylaşımda deyilir.

Qeyd edək ki, Ləmanın vəziyyəti ağır olaraq qalır.

Xatırladaq ki, Yasamaldakı yanğın zamanı 2018-ci il təvəllüdlü Qənbərli Arzu Əli qızı, 1983-cü il təvəllüdlü Məhəmmədov Samir Kamal oğlu və 1977-ci il təvəllüdlü Hümbətova Könül Vəlibəy qızı tüstüdən zəhərlənərək ölüblər. 20-dən çox adam isə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости