https://news.day.az/azerinews/1797979.html “Bağışla, qoruya bilmədim səni...” - Təsirli paylaşım etdi - FOTO Noyabrın 21-i Yasamaldakı yanğında həlak olan 7 yaşlı Arzu Qəmbərlinin atası, tanınmış vəkil Əli Qəmbərov sosial şəbəkə hesabında təsirli paylaşım edib. Day.Az xəbər verir ki, "TikTok" hesabında qızı ilə birlikdə çəkdirdiyi fotonu paylaşan vəkil övladını qoruya bilmədiyini bildirib. "Balam, sən göylərə qovuşdun.

“Bağışla, qoruya bilmədim səni...” - Təsirli paylaşım etdi - FOTO

Azərbaycanca, 26 ноября 2025 11:27 (UTC +04:00) 355
“Bağışla, qoruya bilmədim səni...”

Noyabrın 21-i Yasamaldakı yanğında həlak olan 7 yaşlı Arzu Qəmbərlinin atası, tanınmış vəkil Əli Qəmbərov sosial şəbəkə hesabında təsirli paylaşım edib. 

Day.Az xəbər verir ki, "TikTok" hesabında qızı ilə birlikdə çəkdirdiyi fotonu paylaşan vəkil övladını qoruya bilmədiyini bildirib.

"Balam, sən göylərə qovuşdun. Mən isə bu dünyada sənin həsrətinlə nəfəs almağa davam edəcəyəm. Bağışla, qoruya bilmədim səni...", - Ə. Qəmbərov yazıb.

Qeyd edək ki, paytaxtdakı çoxmərtəbəli yaşayış binasında baş verən yanğında 3 nəfər həlak olub, 27 nəfər isə xəsarət alıb.

  • “Bağışla, qoruya bilmədim səni...”
  • “Bağışla, qoruya bilmədim səni...”
  • “Bağışla, qoruya bilmədim səni...”
  • “Bağışla, qoruya bilmədim səni...”
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости