TDT-nin Media və İnformasiya üzrə İşçi Qrupunun 12-ci iclası keçirilir

Bakıda Türk Dövlətləri Təşkilatının Media və İnformasiya üzrə İşçi Qrupunun 12-ci iclası keçirilir.

Day.Az xəbər verir ki, iclasda ilk olaraq açılış nitqi ilə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Beynəlxalq əlaqələr və sənədlərlə iş departamentinin direktoru Rasim Bağırov çıxış edəcək.

Daha sonra isə Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini Ömer Kocamanın da çıxışı gözlənilir.

İclas çərçivəsində TDT-nin müvafiq sahə üzrə 2025-ci il üçün Fəaliyyət Planının icra vəziyyətinin müzakirəsi və müxtəlif panel sessiyaları da baş tutacaq.

Xəbər yenilənəcək