Nostradamusun dəhşətli 2026-cı il proqnozları - Yeni pandemiya, arı hücumu və sui-qəsd...
Fransız kahin Nostradamusun 2026-cı il üçün müxtəlif ehtimalları açıqlanıb.
Day.Az xəbər verir ki, ehtimallar arasında xəstəlik riski, müharibə ehtimalı, siyasi gərginliklər və gözlənilməz təbiət hadisələri önə çıxır.
Nüfuzlu bir şəxslə bağlı proqnoz
2026-cı ildə nüfuzlu bir şəxsin gündüz vaxtı ildırım zərbəsi ilə vurulacağı bildirilir. Mütəxəssislər bunu simvolik bir sui-qəsd ehtimalı kimi qiymətləndirirlər. "İldırım" ifadəsinin müasir yüksək texnologiyalı silahlara işarə edə biləcəyi də vurğulanır.
Toskanada xəstəlik təhlükəsi
İtaliyanın mərkəzi-qərb hissəsində yerləşən Toskana bölgəsində xəstəliyin yayılması ehtimalı qeyd edilir. Bu, iqlim dəyişikliyi ilə genişlənən mövsümi xəstəliklərə işarə kimi şərh olunur. Yeni pandemiyanın da olacağı ehtimal olunur.

Ticino bölgəsində müharibə riski
İsveçrənin Ticino bölgəsində müharibə təhlükəsinin yarana biləcəyi bildirilir. Avropada mövcud gərginliklər fonunda bu proqnozlar yenidən müzakirə olunur.
Naməlum arı sürüsü
Mənşəyi bilinməyən böyük bir arı sürüsünün peyda olacağı qeyd edilir. Bu hadisə ekoloji bərpa və ya istilacı növlərin yenidən yayılması ilə əlaqələndirilir.
Liderlər üçün hazırlanacaq heykəllər
Krallar və siyasi liderlər üçün heykəllərin hazırlanacağı bildirilir. ABŞ-da Donald Tramp üçün düzəldilən qızılı heykəllər və 2026-cı ilə aid xatirə pul layihələri bu şərhlərin aktuallığını artırır.
Slav xalqlarının yüksəlişi
Slav xalqlarının savaş fonunda yüksəlişindən bəhs edilir. Bu, Rusiya-Ukrayna müharibəsi ilə əlaqələndirilir.

Dənizlərdə yeddi gəmi arasında qarşıdurma
Yeddi gəmi arasında ağır qarşıdurmanın baş verəcəyi bildirilir. Mütəxəssislər bunun Cənubi Çin dənizində baş verə biləcəyini qeyd edirlər.
Madridli liderin "ox yarası" alması
İspaniyanın Madrid şəhərindən olan bir liderin "ox yarası" alacağı qeyd olunur. Bu, siyasi hücum və ya media təzyiqinin simvolu kimi şərh edilir.
Lozanda pis qoxu
İsveçrənin Lozan şəhərində naməlum pis qoxunun yayılacağı və daha sonra şəhərə kənardan gələnlərin çıxarılacağı bildirilir. Bu, Avropada artan miqrasiya gərginliyi ilə əlaqələndirilir.
"İnsanlığın böyük düşməni"nin yüksəlişi
İnsanlığa düşmən münasibəti ilə tanınan yeni bir liderin yüksəlişi proqnozlaşdırılır. Şərhlərdə bu, avtoritar ölkələrdə mümkün siyasi dəyişikliklərlə əlaqələndirilir.
Elxan Əliyev
Day.Az
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре