https://news.day.az/azerinews/1798893.html Ukrayna və Norveç pilotsuz təyyarələrin birgə istehsalı üzrə sənəd imzalayıb Ukraynanın müdafiə naziri Denis Şmıqal norveçli həmkarı Tore Sandviklə pilotsuz təyyarələrin birgə istehsalına dair sənəd imzalayıb. Day.Az xəbər verir ki, bu barədə Şmıqal sosial şəbəkə hesabında məlumat yayıb.

Ukrayna və Norveç pilotsuz təyyarələrin birgə istehsalı üzrə sənəd imzalayıb

Azərbaycanca, 30 ноября 2025 17:16 (UTC +04:00) 414
Ukrayna və Norveç pilotsuz təyyarələrin birgə istehsalı üzrə sənəd imzalayıb

Ukraynanın müdafiə naziri Denis Şmıqal norveçli həmkarı Tore Sandviklə pilotsuz təyyarələrin birgə istehsalına dair sənəd imzalayıb.

Day.Az xəbər verir ki, bu barədə Şmıqal sosial şəbəkə hesabında məlumat yayıb.

O qeyd edib ki, iki ölkə birgə Ukrayna pilotsuz təyyarələrini istehsal edəcək ki, bu da imkanları genişləndirərək Ukraynanın müdafiəsini gücləndirməyə yardım edəcək.

Nazirin sözlərinə görə, növbəti mərhələ 2026-cı ildə istehsal xəttinin sürətlə tətbiqi və gücün daha da artırılması üzərində işləməyi nəzərdə tutur.

"Ukrayna öz təcrübəsini və innovasiyalarını Norveçlə bölüşəcək. Biz isə əsgərlərimizi müasir dronlarla təchiz edən güclü istehsal müəssisəsinə sahib olacağıq, həmçinin Norveçin aparıcı qurumları ilə tədqiqat və inkişaf sahəsində əməkdaşlıq edəcəyik", - deyə Şmıqal vurğulayıb.

O, Norveçə Ukraynaya verdiyi dəstəyə görə təşəkkür edib və bildirib: "Bu layihə tərəfdaşlarımızla azad dünyanın bütün ölkələrinin müdafiə qabiliyyətini gücləndirən əməkdaşlığın nümunəsidir".

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости