https://news.day.az/azerinews/1800393.html Azərbaycanın diaspor təcrübəsi yüksək qiymətləndirilib - FOTO Macarıstanın paytaxtı Budapeşt şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin diaspor məsələlərinə məsul dövlət qurumları rəhbərlərinin 7-ci iclası çərçivəsində ikitərəfli görüşlər keçirilib. Bu barədə Day.Az-a Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Azərbaycanın diaspor təcrübəsi yüksək qiymətləndirilib - FOTO

Azərbaycanca, 6 декабря 2025 16:13 (UTC +04:00) 550
Azərbaycanın diaspor təcrübəsi yüksək qiymətləndirilib

Macarıstanın paytaxtı Budapeşt şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin diaspor məsələlərinə məsul dövlət qurumları rəhbərlərinin 7-ci iclası çərçivəsində ikitərəfli görüşlər keçirilib.

Bu barədə Day.Az-a Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Komitə sədri Fuad Muradov Qazaxıstan Respublikasının "Otandastar Fondu"nun prezidenti Daniyar Kadyrov və Özbəkistan Respublikasının Millətlərarası Münasibətlər və Xaricdə Yaşayan Həmvətənlərlə İş üzrə Komitəsinin sədri Kahraman Sarievlə görüşüb.

Görüşlərdə ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə inkişafından danışılıb, diasporlarımızın ortaq fəaliyyət imkanları müzakirə edilib.

Özbəkistan və Qazaxıstan tərəfi Azərbaycanın diaspor təcrübəsini yüksək qiymətləndirdiklərini və bu təcrübədən faydalanmağın zəruriliyini diqqətə çatdırıblar.

Əməkdaşlıq sahəsində dinamiklik müsbət dəyərləndirilib, Azərbaycan, özbək və qazax diasporlarının görüşlərinin təşkili ilə bağlı razılığa gəlinib.

  • Azərbaycanın diaspor təcrübəsi yüksək qiymətləndirilib

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости