https://news.day.az/azerinews/1800846.html Şahin Mustafayev İran XİN rəhbəri ilə Azərbaycan-İran əməkdaşlığını müzakirə edib - FOTO Dekabrın 8-də Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Şahin Mustafayev İran XİN rəhbəri ilə Azərbaycan-İran əməkdaşlığını müzakirə edib - FOTO

Azərbaycanca, 8 декабря 2025 18:19 (UTC +04:00) 537
Şahin Mustafayev İran XİN rəhbəri ilə Azərbaycan-İran əməkdaşlığını müzakirə edib

Dekabrın 8-də Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlər Kabinetindən Day.Az-ə verilən məlumata görə, görüşdə Azərbaycan-İran dövlətlərarası münasibətlərinin müxtəlif istiqamətlərdə inkişafı təqdir edilib, xüsusilə ikitərəfli siyasi dialoqun dinamikasından məmnunluq ifadə olunub.

Bu kontekstdə cari ilin aprelində İran Prezidentinin Azərbaycana rəsmi səfərinin iki ölkə arasında tarixən dostluq və mehriban qonşuluq kimi möhkəm təməllər üzərində qurulan ikitərəfli münasibətlərin inkişafında yeni səhifə açdığı vurğulanıb.

Görüş zamanı Azərbaycan-İran qarşılıqlı faydalı əməkdaşlığının gündəliyində duran aktual məsələlər, həmçinin ticarət-iqtisadi, nəqliyyat, enerji, su təsərrüfatı, humanitar və digər sahələrdə əlaqələrin inkişaf perspektivləri müzakirə olunub.

Azərbaycan və İran ərazisindən keçən beynəlxalq nəqliyyat-tranzit dəhlizlərinin inkişafı, o cümlədən regionun tranzit potensialının genişləndirilməsi istiqamətində həyata keçirilən birgə layihələrin icrası ilə bağlı məsələlərə xüsusi diqqət yetirilib.

  • Şahin Mustafayev İran XİN rəhbəri ilə Azərbaycan-İran əməkdaşlığını müzakirə edib

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости