Azərbaycan–BƏƏ münasibətləri: Strateji tərəfdaşlıqdan qlobal əməkdaşlığa

Müəllif: Fərid Zöhrabov

Mənbə: Trend

Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında siyasi və iqtisadi münasibətlər müasir dövrdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş, qarşılıqlı etimada və uzunmüddətli maraqlara əsaslanan əməkdaşlıq modeli kimi formalaşıb. Bu münasibətlər təkcə ikitərəfli deyil, həm də regional və qlobal kontekstdə əhəmiyyət kəsb edir. Azərbaycan ilə BƏƏ arasında siyasi və iqtisadi münasibətlər müasir dövrdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş, qarşılıqlı etimada və uzunmüddətli maraqlara əsaslanan əməkdaşlıq modeli kimi formalaşıb. Bu münasibətlər təkcə ikitərəfli deyil, həm də regional və qlobal kontekstdə əhəmiyyət kəsb edir.

Siyasi etimad iqtisadi əməkdaşlıq üçün əlverişli zəmin yaradıb. Azərbaycan-BƏƏ iqtisadi əlaqələri şaxələndirilmiş və artan xətt üzrə inkişaf edir. Azərbaycan BƏƏ üçün Cənubi Qafqazda etibarlı iqtisadi tərəfdaş, BƏƏ isə Azərbaycan üçün Yaxın Şərq və Körfəz regionuna açılan mühüm bazar rolunu oynayır. BƏƏ Azərbaycanın iqtisadiyyatına sərmayə qoyan əsas ərəb dövlətlərindən biridir. BƏƏ-nin böyük maliyyə fondları və şirkətləri Azərbaycanı sabit siyasi mühitə, əlverişli coğrafi mövqeyə və geniş inkişaf potensialına malik ölkə kimi qiymətləndirir. Bu da investisiya əməkdaşlığının uzunmüddətli olacağını göstərir.

Prezident İlham Əliyevin BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəvəti ilə bu ölkəyə səfəri iki dövlət arasında strateji tərəfdaşlığın yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirir. Dövlət başçılarının mütəmadi qarşılıqlı səfərləri və şəxsi münasibətləri ikitərəfli əlaqələrin dərinləşməsində həlledici rol oynayır. Görüş zamanı siyasi dialoqun sabit və etibarlı xarakter daşıdığı, regional və qlobal məsələlərdə mövqelərin çox vaxt üst-üstə düşdüyü aydın şəkildə hiss olunur.

Görüşdə əməkdaşlığın siyasi çərçivədən kənara çıxaraq iqtisadiyyat, enerji və xüsusilə bərpaolunan enerji sahələrini əhatə etməsi xüsusi önəm daşıyır. BƏƏ-nin bu sahədə böyük maliyyə və texnoloji imkanlara malik olması, Azərbaycanın isə yaşıl enerji strategiyasını prioritet elan etməsi tərəflər üçün geniş əməkdaşlıq imkanları yaradır. Bu baxımdan səfər, gələcəkdə konkret layihələrin və investisiya təşəbbüslərinin reallaşmasına zəmin yaradan mühüm mərhələ kimi dəyərləndirilə bilər.

Azərbaycan və BƏƏ arasında əlaqələrin yalnız rəsmi-siyasi müstəvidə deyil, mədəni və humanitar sahələrdə də inkişaf etməsi münasibətlərin uzunmüddətli və dayanıqlı xarakter daşıdığını göstərir. Qarşılıqlı hörmətə əsaslanan bu əməkdaşlıq xalqlar arasında daha sıx təmasların formalaşmasına xidmət edir.

Prezident İlham Əliyevin "Gələcəyin Oyunları 2025" turnirinin açılış mərasimində iştirakı səfərə əlavə simvolik məna qatır. Bu tədbir idmanın ənənəvi formaları ilə rəqəmsal texnologiyaların sintezini özündə birləşdirərək gələcək nəsillərə və innovasiyaya yönəlmiş baxışı təcəssüm etdirir. Azərbaycanın dövlət başçısının belə bir tədbirdə iştirakı ölkənin müasir trendlərə, rəqəmsallaşmaya və gənclər siyasətinə verdiyi önəmin göstəricisi kimi də dəyərləndirilə bilər.

Səfər çərçivəsində Prezident İlham Əliyevin şərəfinə rəsmi naharın verilməsi, tərəflər arasında mövcud olan yüksək səviyyəli etimad və dostluq münasibətlərinin protokol səviyyəsində də təsdiqidir. Bu cür jestlər diplomatik əlaqələrin səmimiliyini və möhkəm təməl üzərində qurulduğunu göstərir.