https://news.day.az/azerinews/1807053.html Venesuela XİN ölkədəki vəziyyətlə bağlı bəyanat verib Venesuela Xarici İşlər Nazirliyi ölkədəki vəziyyətlə bağlı bəyanat verib. Day.Az  bu barədə Venesuela Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.

Venesuela XİN ölkədəki vəziyyətlə bağlı bəyanat verib

Azərbaycanca, 3 января 2026 13:53 (UTC +04:00) 355
Venesuela XİN ölkədəki vəziyyətlə bağlı bəyanat verib

Venesuela Xarici İşlər Nazirliyi ölkədəki vəziyyətlə bağlı bəyanat verib.

Day.Az  bu barədə Venesuela Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.

"Venesuela Bolivar Respublikası ABŞ-nin hazırkı hökuməti tərəfindən Venesuela ərazisinə və əhalisinə qarşı həyata keçirilən hərbi təcavüzü qətiyyətlə rədd edir, pisləyir və beynəlxalq ictimaiyyətin müzakirəsinə çıxarır. Həmlələr şəhərin mülki və hərbi obyektlərinə - Respublikanın paytaxtı Karakas şəhərinə, eləcə də Miranda, Araqua və La-Quaira ştatlarına endirilib.

Bu hərəkətlər Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin, xüsusən də dövlətlərin suverenliyinə hörmət, hüquqi bərabərlik və zorakılığın qadağan olunması prinsiplərini təsbit edən 1 və 2-ci maddələrinin kobud şəkildə pozulmasıdır. Belə təcavüz beynəlxalq sülh və sabitlik üçün, xüsusilə Latın Amerikası və Karib hövzəsində, ciddi təhlükə yaradır və milyonlarla insanın həyatını ciddi risk altına qoyur",- bəyanatda qeyd olunur.

Venesuela Xarici İşlər Nazirliyi hesab edir ki, bu hücumun məqsədi ölkənin strateji resurslarını, əsasən neft və faydalı qazıntıları ələ keçirmək və ölkənin siyasi müstəqilliyini zorla sarsıtmaqdır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости