Bəzi yerlərdə yollar buz bağlayacaq

Sabah dağlıq və dağətəyi ərazilərdə qar yağacağı gözlənilir.

Bu barədə Day.Az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilir ki, Azərbaycanın rayonlarında yanvarın 9-u gündüzdən 10-u axşamadək hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi ərazilərdə qar yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi ehtimal olunur.

Gecə bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı gözlənilir.