https://news.day.az/azerinews/1808345.html “Uzak Şehir”in izləyicilərinə yeni xəbər Kanal D-də yayımlanan "Uzak Şehir" serialı vaxtından öncə finala gedə bilər. Day.Az bizim.media-a istinadən xəbər verir ki, Rifah Partiyasını təmsil edən millət vəkili Doğan Bekin serialın Mardinin mədəni quruluşunu əks etdirmədiyini bildirib. O, serialın efirdən çıxarılmalı olduğunu təklif edib.

“Uzak Şehir”in izləyicilərinə yeni xəbər

Azərbaycanca, 10 января 2026 05:27 (UTC +04:00) 471
“Uzak Şehir”in izləyicilərinə yeni xəbər

Kanal D-də yayımlanan "Uzak Şehir" serialı vaxtından öncə finala gedə bilər.

Day.Az bizim.media-a istinadən xəbər verir ki, Rifah Partiyasını təmsil edən millət vəkili Doğan Bekin serialın Mardinin mədəni quruluşunu əks etdirmədiyini bildirib.

O, serialın efirdən çıxarılmalı olduğunu təklif edib.

Qeyd edək ki, artıq serialın ssenarisi mübahisələrə səbəb olub. Yeni bölümlərdə ölən qardaşın geri qayıdıb həyat yoldaşını geri istəməsi (kiçik qardaşı ilə evlənməsini vəsiyyət etmişdi), bir uşağın iki kişiyə də "ata" deməsi kimi qarışıq durumların türk əxlaqına zidd olduğunu bildirənlər fəallaşıb.

Amma serialın davamını istəyənlər istənilən halda izləyəməyə razıdırlar. Ciddi müzakirələrə və tənqidlərə məruz qalan serialın baş rol oyunçuları və onların yaxınları da hədəfə alınır. 

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости