Azərbaycanda su sayğaclaşması üzrə göstəricilər

1 Yanvar 2026-ci il tarixinə olan məlumata əsasən, "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" Publik Hüquqi Şəxsi ölkə üzrə 1,325,519 abonentə su təchizatı və kanalizasiya xidməti göstərir.

Day.Az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən(ADSEA) məlumat verilib.

 

Bildirilib ki, bunların 1,264,115-i əhali, 61,404-i isə qeyri-əhali abonentləridir.

"Bakı şəhəri üzrə il rəzində abonentlərin sayı 1,048,411 təşkil edib.Bunlardan 998,730-I əhali, 49,681-I isə qeyri-əhali olub",- qurumdan əlavə edilib.