https://news.day.az/azerinews/1810123.html
Bakıda avtomobillərdən maqnitofon oğurlayan şəxs ələ keçdi
Paytaxtın Nəsimi və Qaradağ rayonlarında müxtəlif vaxtlarda 5 avtomobildən maqnitofon oğurlanıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Day.Az-а verilən məlumata görə,hadisələr zamanı zərərçəkənlərə ümumilikdə 2144 manat maddi ziyan vurulub.
Bakıda avtomobillərdən maqnitofon oğurlayan şəxs ələ keçdi
Paytaxtın Nəsimi və Qaradağ rayonlarında müxtəlif vaxtlarda 5 avtomobildən maqnitofon oğurlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Day.Az-а verilən məlumata görə,hadisələr zamanı zərərçəkənlərə ümumilikdə 2144 manat maddi ziyan vurulub.
Bildirilir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 23 yaşlı Y.İbrahimov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре