https://news.day.az/azerinews/1812406.html Bu il Bakıda daha 4 yolun tikintisinin başlaması nəzərdə tutulur - RƏSMİ "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"nda qeyd edilən avtomobil yolları üzrə layihələrdən 25-i yol infrastrukturunun tikintisi ilə əlaqədardır.

Bu il Bakıda daha 4 yolun tikintisinin başlaması nəzərdə tutulur - RƏSMİ

Azərbaycanca, 28 января 2026 10:20 (UTC +04:00) 369
Bu il Bakıda daha 4 yolun tikintisinin başlaması nəzərdə tutulur

"Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"nda qeyd edilən avtomobil yolları üzrə layihələrdən 25-i yol infrastrukturunun tikintisi ilə əlaqədardır.

Day.Az xəbər verir ki, bu fikirləri bu gün Rəqəmsal İnkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"nın 2025-ci il üzrə icrasına həsr olunmuş dəyirmi masada çıxış edərkən deyib.

O bildirib ki, hazırda bu layihələrdən dördünün (Bilgəh-Novxanı-VAZ dairəsi-Xırdalan-M-4; Akademik Həsən Əliyev-"Koroğlu" metrostandiyası; Xaqani Rüstəmov-Ağa Nemətulla; VAZ dairəsi-M4 Şamaxı yolu) tikintisi icra edilir.

"Bu il daha 4 yolun (Məhəmməd Xiyabani-Dairəvi-1; M-4-Xırdalan (mərkəz) tunel; Xırdalan dairəsi; Əbdülvahab Salamzadə-Ziya Bünyadov) tikintisinin başlaması nəzərdə tutulub"

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости