https://news.day.az/azerinews/1815044.html Son dərəcə diqqətli və ehtiyatlı olsunlar - DYP-dən XƏBƏRDARLIQ Yağıntı ilə əlaqədar yollarda sürüşmə riski xeyli artıb. Xüsusilə qar yağan və buzlaşma ehtimalı olan yol sahələrində sürüşkənlik daha da güclənir ki, bu da nəqliyyat vasitələrinin idarə olunmasını çətinləşdirir.

Son dərəcə diqqətli və ehtiyatlı olsunlar - DYP-dən XƏBƏRDARLIQ

Azərbaycanca, 10 февраля 2026 09:38 (UTC +04:00) 320
Son dərəcə diqqətli və ehtiyatlı olsunlar

Yağıntı ilə əlaqədar yollarda sürüşmə riski xeyli artıb. Xüsusilə qar yağan və buzlaşma ehtimalı olan yol sahələrində sürüşkənlik daha da güclənir ki, bu da nəqliyyat vasitələrinin idarə olunmasını çətinləşdirir.

Day.Az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciətində bildirilib.

"Bununla əlaqədar, bir daha sürücülərdən xahiş olunur ki, hərəkət zamanı son dərəcə diqqətli və ehtiyatlı olsunlar, öndə hərəkət edən nəqliyyat vasitələri ilə təhlükəsiz ara məsafəsi saxlasınlar, müəyyən olunmuş sürət həddinə ciddi əməl etsinlər, qəfil manevrlərdən çəkinsinlər", - müraciətdə bildirilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости