Meksika Deputatlar Palatasının sədri Azərbaycan nümayəndə heyətini qəbul edib

9 fevral tarixində Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan-Meksika Parlamentlərarası işçi qrupunun sədri Jalə Əliyeva və Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan-Meksika Parlamentlərarası işçi qrupunun üzvü Sevinc Fətəliyevadan ibarət nümayəndə heyəti Meksikaya işgüzar səfər edib.

Day.Az xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti Meksika Deputatlar Palatasının sədri, deputat Kenia Lopes Rabadan tərəfindən qəbul edilib.