https://news.day.az/azerinews/1815950.html
Sabah 16:00-dək işıq olmayacaq
Sabah Naxçıvan Muxtar Respublikası (MR) Ordubad rayonunun üç kəndində elektrik enerjisinin verilişi dayandırılacaq. Day.Az xəbər verir ki, fevralın 14-də "Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) tərəfindən planlı təmir-bərpa işləri aparılacaq.
Sabah 16:00-dək işıq olmayacaq
Sabah Naxçıvan Muxtar Respublikası (MR) Ordubad rayonunun üç kəndində elektrik enerjisinin verilişi dayandırılacaq.
Day.Az xəbər verir ki, fevralın 14-də "Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) tərəfindən planlı təmir-bərpa işləri aparılacaq.
Bununla əlaqədar Düylün 35/10 kV-luq yarımstansiyadan çıxan Aza 10 kV-luq elektrik xətti razılaşdırılmış sifariş əsasında açılacaq. Aparılacaq işlərlə əlaqədar Aza, Azad və Dar kəndlərində saat 14:00-dan 16:00-dək elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре