https://news.day.az/azerinews/1817903.html
Mariya Stadnikə yeni vəzifə verildi
Qadın güləşində milli komandaların tərkibi yenidən formalaşıb. Mariya Stadnik U17 və U15 yaş qrupu üzrə milli komandanın böyük məşqçisi vəzifəsinə təyin edilib. Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb. Bildirilir ki, məşqçilər heyətində Rövşən Umudov və Solmaz Adilova da yer alıb.
Mariya Stadnikə yeni vəzifə verildi
Qadın güləşində milli komandaların tərkibi yenidən formalaşıb. Mariya Stadnik U17 və U15 yaş qrupu üzrə milli komandanın böyük məşqçisi vəzifəsinə təyin edilib.
Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.
Bildirilir ki, məşqçilər heyətində Rövşən Umudov və Solmaz Adilova da yer alıb.
Qeyd edək ki, Toğrul Əsgərov əvvəlki kimi, böyüklər və U23 milli komandada, o cümlədən U20 yaş qrupu üzrə baş məşqçi əvəzi funksiyasını yerinə yetirəcək. Böyük məşqçi Ağahüseyn Mustafayevlə yanaşı, məşqçi Həsrət Məmmədyarov da bu komandanın məşqçilər heyətində yer alacaq.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре