https://news.day.az/azerinews/1820522.html Azərbaycan-Moldova iqtisadi-ticarət əlaqələrinin inkişafı müzakirə olunub Azərbaycan və Moldova arasında investisiya imkanlarının araşdırılması, perspektivli sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunub. Day.Az bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Azərbaycan-Moldova iqtisadi-ticarət əlaqələrinin inkişafı müzakirə olunub

Azərbaycanca, 6 марта 2026 19:49 (UTC +04:00) 313
Azərbaycan-Moldova iqtisadi-ticarət əlaqələrinin inkişafı müzakirə olunub

Azərbaycan və Moldova arasında investisiya imkanlarının araşdırılması, perspektivli sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunub.

Day.Az bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Moldova Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoi ilə görüşüb.

 

Tərəflər iqtisadi-ticarət, enerji və digər sahələrdə əməkdaşlığın dərinləşdiyini vurğulayıblar. Bildirilib ki, müxtəlif səviyyələrdə qarşılıqlı səfərlər ölkələrimiz arasında əlaqələrin genişlənməsinə və tərəfdaşlığın möhkəmlənməsinə mühüm töhfə verir.

Kənd təsərrüfatı, enerji, İKT və s. sahələrə investisiya perspektivlərinin olduğu qeyd edilib, sərmayə mühiti və biznes imkanları, həyata keçirilən iqtisadi islahatlar barədə məlumat verilib.

Görüşdə investisiya imkanlarının araşdırılması, perspektivli sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunub, iqtisadi tərəfdaşlığın daha da dərinləşdirilməsi istiqamətində birgə səylərin davam etdirilməsinin önəmi vurğulanıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости