https://news.day.az/azerinews/1820889.html ABŞ Səudiyyə Ərəbistanındakı diplomatlarının təxliyəsinə başladı Səudiyyə Ərəbistanında fəaliyyət göstərən amerikalı diplomatlara ölkəni dərhal tərk etmələri barədə göstəriş verilib. Day.Az xəbər verir ki, bu barədə mənbələrə istinadən "New York Times" qəzeti yazıb. Qəzet qeyd edir ki, Dövlət Departamentinin bu qərarı ABŞ rəsmilərinin regionda risklərin artdığını gördüyünü göstərir.

ABŞ Səudiyyə Ərəbistanındakı diplomatlarının təxliyəsinə başladı

Azərbaycanca, 9 марта 2026 09:18 (UTC +04:00) 302
ABŞ Səudiyyə Ərəbistanındakı diplomatlarının təxliyəsinə başladı

Səudiyyə Ərəbistanında fəaliyyət göstərən amerikalı diplomatlara ölkəni dərhal tərk etmələri barədə göstəriş verilib.

Day.Az xəbər verir ki, bu barədə mənbələrə istinadən "New York Times" qəzeti yazıb.

Qəzet qeyd edir ki, Dövlət Departamentinin bu qərarı ABŞ rəsmilərinin regionda risklərin artdığını gördüyünü göstərir. Bildirilir ki, ABŞ və İsrailin 28 fevralda İrana qarşı başladığı müharibədən sonra ilk dəfədir ki, nazirlik Səudiyyə Ərəbistanından əməkdaşların məcburi şəkildə çıxarılmasını təsdiqləyir və ya belə bir göstəriş verir.

Məlumata əsasən, Dövlət Departamentinin göstərişi yalnız Ər-Riyaddakı ABŞ hökumət əməkdaşlarını deyil, həmçinin ABŞ konsulluqlarının yerləşdiyi Ciddə və Dəhran şəhərlərində çalışan işçiləri də əhatə edəcək.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости