XIII Qlobal Bakı Forumunun üçüncü günü başa çatıb - FOTO
Prezident İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən XIII Qlobal Bakı Forumunun rəsmi hissəsi bu gün başa çatıb.
Trend xəbər verir ki, forum bu il martın 12-14-də "Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması" mövzusunda keçirilib.
Tədbir qlobal təhlükəsizlik, beynəlxalq əməkdaşlıq və geosiyasi çağırışların müzakirəsi məqsədilə dünyanın müxtəlif ölkələrindən sabiq dövlət və hökumət başçılarını, beynəlxalq təşkilatların rəhbərlərini və nüfuzlu ekspertləri Bakıda bir araya gətirib.
Forum çərçivəsində 12 panel müzakirəsi təşkil olunub. Müzakirələr iqlim dəyişikliyi, beynəlxalq hüquqa hörmət, böhran şəraitində çoxtərəflilik, qlobal əməkdaşlığın yenidən düşünülməsi və inklüziv inkişaf kimi mövzulara həsr olunub.
Forumun sonuncu paneli "Beynəlxalq sistemin yenilənməsi yollarının axtarışı" mövzusunda keçirilib.
Paneldə beynəlxalq hüquq, güc balansı, beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklər müzakirə olunub.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре