Türkiyədəki Azərbaycan səfirliyi müvəqqəti konsulluq xidmətini dayandırır

Azərbaycanın Türkiyədəki səfirliyi on gün konsulluq xidməti göstərməyəcək.

Day.Az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi məlumat yayıb.

Qeyd olunur ki, Azərbaycanın Türkiyədəki səfirliyinin Konsulluq şöbəsi martın 20-dən 30-dək bağlı olacaq. Buna səbəb Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Novruz və Ramazan bayramları ilə əlaqədar sözügedən tarixlərin qeyri-iş günləri olmasıdır.