https://news.day.az/azerinews/1822614.html Xocavənddə bir sıra evlərin təmirinə başlanılır – 3,2 milyon manatlıq LAYİHƏ Xocavənd rayonlarının bir sıra kəndlərində fərdi evlərin təmir işlərinə başlanılır. Trend-in məlumatına görə, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti artıq bunula bağlı müvafiq işlrə start verib.

Xocavənddə bir sıra evlərin təmirinə başlanılır – 3,2 milyon manatlıq LAYİHƏ

Azərbaycanca, 16 марта 2026 20:25 (UTC +04:00) 304
Xocavənddə bir sıra evlərin təmirinə başlanılır

Xocavənd rayonlarının bir sıra kəndlərində fərdi evlərin təmir işlərinə başlanılır.

Trend-in məlumatına görə, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti artıq bunula bağlı müvafiq işlrə start verib.

Məlumata görə, rayonun Quzumkənd, Cütçü, Qarakənd, Kiş kəndləri ərazisində fərdi evlərin təmir işlərinə müəllif nəzarəti işləri həyata keçiriləcək.

 

Bundan başqa, Tuğ, Məmməddərə, Zərdanaşen, Qağartsı, Böyük Tağlar kəndləri ərazisində 637 ədəd fərdi evləri, Hadrut, Qaradağlı, Cəmiyyət, Sos, Ağbulaq, Arpadüzü, Köhnə Tağlar, Görərçi, Müşkabad, Çağaduz, Kəndxurt kəndləri ərazisində isə 639 ədəd fərdi evlərin layihələndirilməsi işləi aparılacaq.

Dövlət xidməti sözügedən işlərlə bağlı "Himmen Construction" və "ERA Design Group" Məhdud Məsuliyyətli Cəmiyyətləri (MMC) ilə müqavilələr bağlayıb.

Bağlanmış müqavilələrə əsasən, ümumilikdə qeyd olunan işlərin icrası 3,2 milyon manata başa gələcək.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости