https://news.day.az/azerinews/1822976.html Həmin növ qulaqlıqlar ciddi risk yaradır - Xəbərdarlıq Simsiz Bluetooth qulaqlıqlarının uzun müddət istifadəsi qalxanabənzər vəzinin sağlamlığı üçün müəyyən risk yarada bilər. Day.Az Milli.Az-a istinadən xəbər verir ki, tədqiqat "Sciencefic Reports" Jurnalında dərc edilib.

Həmin növ qulaqlıqlar ciddi risk yaradır - Xəbərdarlıq

Azərbaycanca, 19 марта 2026 00:03 (UTC +04:00) 350
Həmin növ qulaqlıqlar ciddi risk yaradır

Simsiz Bluetooth qulaqlıqlarının uzun müddət istifadəsi qalxanabənzər vəzinin sağlamlığı üçün müəyyən risk yarada bilər.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, tədqiqat "Sciencefic Reports" Jurnalında dərc edilib.

Alimlər xüsusilə qulağın içinə yerləşdirilən və boyun nahiyəsinə yaxın olan qulaqlıqların qalxanabənzər vəzə təsirini araşdırıb.

Tədqiqatın nəticələrinə görə, Bluetooth qulaqlıqlarının qalxanabənzər vəzə fiziki yaxınlığı artdıqca bu vəzdə düyünlərin əmələ gəlməsi riski də yüksəlir. Qalxanabənzər vəzi boynun ön hissəsində yerləşən və maddələr mübadiləsini tənzimləyən vacib orqandır. Bu vəzdə yaranan düyünlər çox vaxt xoşxassəli olsa da, onların vaxtında aşkarlanması və mütəmadi tibbi nəzarət sağlamlıq baxımından böyük əhəmiyyət daşıyır.

 

Tədqiqatçılar hesab edir ki, Bluetooth qulaqlıqlarının yaydığı zəif elektromaqnit dalğaları uzunmüddətli təsir nəticəsində vəz toxumalarına müəyyən təsir göstərə bilər. Bununla belə, bu mexanizmi tam anlamaq üçün daha geniş elmi araşdırmalara ehtiyac olduğu vurğulanıb.

Ekspertlər qulaqlıqlardan istifadə müddətini məhdudlaşdırmağı, mümkün olduqda naqilli qulaqlıqlara üstünlük verməyi və uzun telefon danışığı zamanı cihazı boyun nahiyəsindən uzaq tutmağı tövsiyə edib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости