Norveç neft nəhəngi Azərbaycana nə qədər vergi ödəyib?
Norveçin "Equinor" şirkəti 2025-ci ildə Azərbaycan hökumətinə Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə bağlı 2 milyon dollar vergi ödəyib.
Day.Az bu barədə şirkətə istinadən xəbər verir.
Ödəniş Equinor BTC Caspian AS vasitəsilə həyata keçirilib.
Qeyd edək ki, 2023-cü ilin dekabr ayının sonunda Azərbaycan Dövlət Neft Şirkəti SOCAR Equinor şirkətinin Azəri-Çıraq-Günəşli (AÇG), Qarabağ yataqlarında və Bakı-Tbilisi-Ceyhan (BTC) layihəsindəki səhmlərini əldə edib.
Satışdan əvvəl Equinor şirkəti AÇG-nin 7,27%-nə, BTC-nin 8,71%-nə və Qarabağ yatağının 50%-nə sahib idi. SOCAR əvvəllər AÇG-nin 25%-nə, BTC-nin 25%-nə və Qarabağın 50%-nə sahib idi.
Equinor şirkəti 20-dən çox ölkədə fəaliyyət göstərir və təxminən 25.000 nəfəri işlə təmin edir. Onun biznesi neft və qaz kəşfiyyatı və istehsalı, bərpa olunan enerji və aşağı karbonlu həllər daxil olmaqla geniş sektorları əhatə edir. Equinor şirkəti dünyanın ən böyük dəniz operatorlarından biridir və Avropaya əhəmiyyətli enerji təchizatçısıdır.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре