Yollarda görünüş məsafəsi pisləşəcək

Avtomobil yollarında gözlənilən vəziyyət açıqlanıb.

Day.Az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, martın 21-də gecə və səhər saatlarında bəzi rayonlarda yağıntılı və dumanlı hava şəraiti müşahidə olunacaq.

 

Gözlənilən hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı proqnozlaşdırılır.