Ağsuda sürüşmə: Aidiyyəti qurumlara tapşırıqlar verilib

Muğanlı-İsmayıllı avtomobil yolunun mühafizə zolağı ərazisində torpaq sürüşməsi baş verib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, sürüşmə hadisəsi avtomobil yolunun hərəkət hissəsində qeydə alınmayıb.

Qurumdan qeyd olunub ki, aparılmış ilkin vizual və texniki baxış zamanı müəyyən edilib ki, hadisə yolun əsas konstruktiv elementlərinə və örtük qatına təsir göstərməyib, yolun daşıyıcı qabiliyyətində və istismar göstəricilərində hər hansı mənfi dəyişiklik qeydə alınmayıb.

 

"Mövcud vəziyyətlə bağlı aidiyyəti üzrə operativ qaydada müvafiq tapşırıqlar verilib, sürüşmənin səbəblərinin aradan qaldırılması və potensial risklərin minimuma endirilməsi istiqamətində zəruri mühəndis-texniki tədbirlərin həyata keçirilməsi planlaşdırılır.

Qısa müddət ərzində ərazidə bərpa və möhkəmləndirmə işlərinin tamamlanması təmin ediləcəkdir", - deyə qurumun məlumatında qeyd olunub.