Dolu düşəcək, qar yağacaq - Xəbərdarlıq

Azərbaycanın rayonlarında martın 22-si gündüzdən 23-ü gündüzədək bəzi yerlərdə havanın arabir yağıntılı olacağı gözlənilir.

Day.Az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, axşam və gecə ayrı-ayrı yerlərdə yağıntının qısa müddətə intensivləşəcək.

 

Şimşək çaxacağı, dağlıq ərazilərdə dolu düşəcəyi, qar yağacağı ehtimalı var. Çaylarda sululuğun artacağı ehtimal olunur.