https://news.day.az/azerinews/1823837.html 200 manatlıqları paltaryuyanda YUDULAR - VİDEO Sosial şəbəkələrdə maraqlı və qeyri-adi görüntülər yayılıb. Day.Az Milli.Az-a istinadən xəbər verir ki, paylaşılan videoda paltaryuyan maşının içində 200 manatlıq əskinasların yuyulduğu əks olunub. Görüntülər qısa zamanda istifadəçilər arasında geniş yayılaraq müzakirə mövzusuna çevrilib.

200 manatlıqları paltaryuyanda YUDULAR - VİDEO

Azərbaycanca, 23 марта 2026 08:42 (UTC +04:00) 310
200 manatlıqları paltaryuyanda YUDULAR

Sosial şəbəkələrdə maraqlı və qeyri-adi görüntülər yayılıb.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, paylaşılan videoda paltaryuyan maşının içində 200 manatlıq əskinasların yuyulduğu əks olunub. Görüntülər qısa zamanda istifadəçilər arasında geniş yayılaraq müzakirə mövzusuna çevrilib.

İddialara görə, pullar ehtiyatsızlıq nəticəsində paltarların cibində unudulub və bu səbəbdən maşınla birlikdə yuyulub. Maraqlı məqam isə pulların yuyulmasına baxmayaraq ciddi zərər görməməsi olub.

Sosial media istifadəçiləri hadisəyə fərqli reaksiyalar veriblər. Bəziləri bunu gülməli hadisə kimi dəyərləndirsə də, digərləri diqqətsizliyə görə tənqidi fikirlər səsləndiriblər. Hadisə qısa müddətdə internetdə viral olaraq geniş müzakirələrə səbəb olub.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости