https://news.day.az/azerinews/1823872.html Lənkəranda əməliyyat: 12 kq narkotik dövriyyədən çıxarılıb - VİDEO Lənkəranda 12 kq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. Bu barədə Day.Az-а daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Lənkəranda əməliyyat: 12 kq narkotik dövriyyədən çıxarılıb - VİDEO

Azərbaycanca, 23 марта 2026 11:59 (UTC +04:00) 300
Lənkəranda əməliyyat: 12 kq narkotik dövriyyədən çıxarılıb

Lənkəranda 12 kq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Bu barədə Day.Az-а daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda narkotik vasitənin realizə olunmasının qarşısı alınıb. Tədbirlər nəticəsində 38 yaşlı Fərid Kişiyev saxlanılıb. Ondan paytaxt ərazisindəki müxtəlif ünvanlara çatdırmaq üçün əldə etdiyi 12 kiloqramdan artıq marixuana aşkarlanıb.

 

Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости