https://news.day.az/azerinews/1824582.html ChatGPT ilə xərçəngə meydan oxudu - Nəticə heyrətləndirdi Avstraliyada qeyri-adi tibbi yanaşma diqqət çəkib. Day.Az Milli.Az-a istinadən xəbər verir ki, İT sahibkarı Pol Koningem standart terapiyalar nəticə vermədikdən sonra iti Rozinin xərçəngini müalicə etmək üçün eksperimental mRNT peyvəndi hazırlayıb.

ChatGPT ilə xərçəngə meydan oxudu - Nəticə heyrətləndirdi

Azərbaycanca, 29 марта 2026 00:08 (UTC +04:00) 373
ChatGPT ilə xərçəngə meydan oxudu

Avstraliyada qeyri-adi tibbi yanaşma diqqət çəkib. 

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, İT sahibkarı Pol Koningem standart terapiyalar nəticə vermədikdən sonra iti Rozinin xərçəngini müalicə etmək üçün eksperimental mRNT peyvəndi hazırlayıb.

Məlumata görə, Koningem bu ideyanı müalicə variantlarını ChatGPT ilə müzakirə edərkən əldə edib. O, şişin DNT-sini ardıcıllıqla müəyyənləşdirərək sağlam hüceyrələrin genomu ilə müqayisə edib və immunoterapiya üçün hədəf ola biləcək mutasiyaları aşkar etmək məqsədilə süni intellekt alətlərindən istifadə edib.

Daha sonra sahibkar əldə olunan məlumatlar əsasında fərdiləşdirilmiş mRNT peyvəndinin hazırlanması üçün alimlərlə əməkdaşlığa başlayıb. Peyvənd tətbiq olunduqdan sonra Rozinin şişlərinin bir neçə həftə ərzində əhəmiyyətli dərəcədə kiçildiyi bildirilir. Bununla belə, heyvanın tam sağalmadığı qeyd olunur.

Hazırda Koningem və tədqiqatçılar qalan şişləri hədəf ala biləcək peyvəndin yeni versiyası üzərində işləyirlər.

Alimlər bu hadisənin hələ eksperimental xarakter daşıdığını vurğulayırlar. Bununla yanaşı, əldə edilən nəticələrin gələcəkdə insanlarda xərçəngin müalicəsində istifadə oluna biləcək fərdiləşdirilmiş mRNT peyvəndlərinin potensialını göstərdiyi bildirilir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости