Prezident İlham Əliyev ölkəsini tamamilə yeni istiqamətə yönəldib - Uitkoff - VİDEO
ABŞ-nin Yaxın Şərq üzrə xüsusi elçisi Stiven Uitkoff Mayamidə keçirilən "FII PRIORITY 2026" investisiya forumunda Azərbaycanın Prezidenti İlham Əliyev haqqında danışıb.
Day.Az Trend-ə istinadən xəbər verir ki, Uitkoff bildirib ki, dünyada bir çox böyük liderlik nümunəsi var və bir çox gənc liderlər dünya üçün ümid mənbəyi ola bilər.
O əlavə edib ki, ABŞ Prezidenti Donald Tramp onların hamısı ilə yaxın münasibətdədir.
"Məsələn, Azərbaycanın Prezidenti İlham Əliyevə baxın - o, ölkəsini tamamilə yeni istiqamətə yönəldib. Mən düşünürəm ki, Sülh Şurası həqiqətən də eyni baxışları paylaşan bir çox insanı birləşdirir", - Uitkoff Mayamidə keçirilən investisiya forumunda bildirib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре