1-ci sinfə gedəcək uşaqların valideynləri üçün vacib məlumat
Bakı məktəblərində 2026-2027-ci tədris ili üçün 1-ci sinfə qəbul prosesi ilə bağlı bəzi yeniliklər var.
Day.az Bakı Şəhər Təhsil İdarəsinə istinadən xəbər verir ki, məktəblərin mikroərazi (yəni hansı ünvanın hansı məktəbə düşməsi) siyahısı artıq açıqlanıb.
Belə ki, valideynlər öz ünvanlarının həmin siyahıda olub-olmadığını yoxlamalıdır.
Əgər ünvan siyahıda yoxdursa və ya səhv göstərilibsə, aprelin 15-dək müraciət etmək mümkündür.
Necə müraciət etməli:
- Xüsusi formanı doldurmaq,
- Ya 5, 6 və ya 7 saylı ASAN xidmət mərkəzlərinə getmək,
- Ya da e-mail vasitəsilə müraciət göndərmək.
Həmçinin, valideynlər əsaslı səbəb göstərərək uşağını başqa məktəbə də yerləşdirmək üçün müraciət edə bilərlər.
Əlavə suallar üçün 146-1 nömrəli çağrı mərkəzinə zəng etmək olar.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре