Azərbaycanda gömrükdə malların buraxılışına yeni mexanizm tətbiq olunacaq

Azərbaycanda saxlanc xərclərinin azaldılmasına şərait yaradılması məqsədilə gömrükdə malların ikipilləli buraxılışına dair normativ hüquqi baza hazırlanacaq.

 

Trend-in əldə etdiyi məlumata görə, Dövlət Gömrük Komitəsi bununla bağlı işləri 20026-cı il dekabrın 1-dək yekunlaşdırmalıdır.

Belə ki, Dövlət Gömrük Komitəsi 2026-cı il dekabrın 1-dək saxlanc xərclərinin azaldılması və malların istehlakçıya daha sürətli şəkildə çatdırılması nəticəsində biznes proseslərin çevikliyinin artırılmasına şərait yaradacaq malların ikipilləli buraxılışına dair normativ hüquqi bazanın hazırlanmasını başa çatdırmalıdır.