https://news.day.az/azerinews/1827137.html Ötən il Azərbaycanın borc bazarı kiçildi, artım digər seqmentlərdə oldu 2025-ci ildə Azərbaycanın borc bazarında dövriyyədə olan ümumi həcm 2024-cü ildəki 13.50 milyard manatdan 10.94 milyard manata enib. Azalma əsasən dövlət istiqrazlarının həcminin 9.70 milyard manatdan 6.07 milyard manata düşməsi ilə bağlı olub. Day.Az bu barədə "Bakı Fond Birjası" QSC-yə (BFB) istinadən xəbər verir.

Ötən il Azərbaycanın borc bazarı kiçildi, artım digər seqmentlərdə oldu

Azərbaycanca, 10 апреля 2026 19:16 (UTC +04:00) 308
Ötən il Azərbaycanın borc bazarı kiçildi, artım digər seqmentlərdə oldu

2025-ci ildə Azərbaycanın borc bazarında dövriyyədə olan ümumi həcm 2024-cü ildəki 13.50 milyard manatdan 10.94 milyard manata enib. Azalma əsasən dövlət istiqrazlarının həcminin 9.70 milyard manatdan 6.07 milyard manata düşməsi ilə bağlı olub.

Day.Az bu barədə "Bakı Fond Birjası" QSC-yə (BFB) istinadən xəbər verir.

 

Vurğulanıb ki, bununla belə, bu dinamika bazar aktivliyinin zəifləməsini göstərmir: "Əksinə, dövlət istiqrazları üzrə ticarət həcminin artması təkrar bazarda dövriyyənin və investor iştirakının gücləndiyini göstərir. Digər seqmentlərdə isə artım müşahidə olunub. Digər maliyyə mənbələri (DMM) istiqrazları 0.90 milyard manata, korporativ istiqrazlar 0.72 milyard manata yüksəlib.

İpoteka istiqrazları ən yüksək artımı nümayiş etdirərək 2025-ci ildə 3.25 milyard manata çatıb(2024: 2.56 milyard manat). 2025-ci ildə DMM və korporativ emitentlər üzrə ümumilikdə 55 kütləvi istiqraz yerləşdirilməsi həyata keçirilib (2024: 59). Bu göstərici son illərlə müqayisədə sabit qalaraq kapital bazarından maliyyələşmənin davam etdiyini göstərir. Dövlət istiqrazlarının müddət strukturu isə əsasən orta müddətli buraxılışlara üstünlük verildiyini göstərir. Ümumilikdə, dövlət istiqrazlarının həcminin azalmasına baxmayaraq, korporativ, dövlət müəssisələri və ipoteka seqmentlərində artım borc bazarında tədrici diversifikasiyanı əks etdirib".

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости