https://news.day.az/azerinews/1827804.html Türkiyədə məktəbə silahlı hücumun ANBAAN görüntüləri - VİDEO Türkiyənin Şanlıurfa vilayətinin Siverek rayonunda yerləşən Əhməd Koyuncu Peşə və Texniki Anadolu Liseyində silahlı hücum baş verib. Day.Az Milli.Az-a istinadla xəbər verir ki, məktəbə daxil olan şəxs təsadüfi atəş açaraq çaxnaşmaya səbəb olub.

Türkiyədə məktəbə silahlı hücumun ANBAAN görüntüləri - VİDEO

Azərbaycanca, 14 апреля 2026 13:37 (UTC +04:00) 285
Türkiyədə məktəbə silahlı hücumun

Türkiyənin Şanlıurfa vilayətinin Siverek rayonunda yerləşən Əhməd Koyuncu Peşə və Texniki Anadolu Liseyində silahlı hücum baş verib.

Day.Az Milli.Az-a istinadla xəbər verir ki, məktəbə daxil olan şəxs təsadüfi atəş açaraq çaxnaşmaya səbəb olub.

Hadisə ilə bağlı məlumat daxil olduqdan sonra əraziyə çoxsaylı polis, təcili tibbi yardım və xüsusi əməliyyat qrupları cəlb edilib. Təhlükəsizlik qüvvələri məktəbdə geniş təhlükəsizlik tədbirləri həyata keçirib, şagirdlərin böyük hissəsi təxliyə olunub.

Hücum nəticəsində 18 nəfər yaralanıb. Yaralılara hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra onlar xəstəxanaya yerləşdirilib.

Hadisə anları yaxınlıqdakı müşahidə kameraları tərəfindən qeydə alınıb.

Faktla bağlı genişmiqyaslı araşdırma aparılır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости